loader image

Dia.edu.az

DİA-da  Tədrisin Keyfiyyətinin Monitorinqi və Məzunlarla İş Şöbəsinin və Rəhbər Kadrların Yenidən Hazırlanması fakültəsinin təşkilatçılığı ilə tələbələr üçün nəzərdə tutulan dəyirmi masa keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tədrisin Keyfiyyətinin Monitorinqi və Məzunlarla İş Şöbəsinin və Rəhbər Kadrların Yenidən Hazırlanması fakültəsinin təşkilatçılığı ilə tələbələr üçün nəzərdə tutulan “Akademiyadan peşəkar həyata: Uğurlu karyera strategiyalarının sirləri” haqqında tədbirin ikinci hissəsi dəyirmi masa formatında keçirilmişdir.
Tədbirdə Akademiyanın Rəhbər Kadrların Yenidən Hazırlanması fakültəsinin magistrantları,Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi,Xarici İşlər Nazirliyi,Əqli Mülkiyyət Agentliyinin HR mütəxəssisləri öz dəyərli fikirlərini,tövsiyələrini tələbələrlə bölüşmüşdür.