Tələbələrin karyera inkişafına dəstək məqsədilə Tədrisin Keyfiyyətinin Monitorinqi və Məzunlarla İş Şöbəsi tərəfindən 21 may tarixində təşkil olunan “Uğurlu CV və LinkedIn hesabının yaradılması” mövzusunda təlim uğurla başa çatmışdır. Təlim zamanı iştirakçılarla əmək bazarının tələblərinə uyğun effektiv CV hazırlama üsulları, rəqəmsal dövrdə LinkedIn platformasının əhəmiyyəti, yumşaq bacarıqların peşəkar həyatda rolu, eləcə də könüllü fəaliyyətlərin şəxsi inkişaf və karyera baxımından yaratdığı imkanlar barədə geniş müzakirələr aparıldı.Gənclərin peşəkar gələcəklərinə dair maariflənməsi və düzgün istiqamətləndirilməsi məqsədi daşıyan bu təlimdə iştirak edən tələbələrə gələcək karyeralarında uğurlar diləyirik.