loader image

Dia.edu.az

  • 28.08.2025 - 00:00

BAKALAVRİAT SƏVİYYƏSİNƏ SƏNƏD QƏBULU
2025/2026-cı tədris ili

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavriat səviyyəsinə qəbul olmuş şəxslər 2025-ci il 28 avqust – 8 sentyabr tarixlərində elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Daha sonra lazım olan məlumatları daxil edib, aşağıdakı sənədlərin surətini əlavə etməlidirlər:
1) 11 illik attestat;
2) Sağlamlıq haqqında arayış.
Ödənişli əsaslarla qəbul olan abituriyentlər, lazımi məlumatları və sənədləri daxil edib müraciəti göndərdikdən sonra portal vasitəsilə ali təhsil müəssisəsi tərəfindən həmin tələbəyə ödəniş etməli olduğu bildiriləcək. Yalnız bundan sonra abituriyent aşağıdakılardan biri vasitəsilə ödəniş edə bilər:
1) Bank vasitəsilə;
2) Kart vasitəsilə;
3) Ödəmə terminalları vasitəsilə.
Qeyd edək ki, tələbənin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və onun qəbul əmri təhsil müəssisəsinə göndərilmir.

Diqqət: portal.edu.az saytından qeydiyyatdan keçən tələbələr sənədləri əyani formada akademiyaya gətirməli deyildir. Yalnız tədris ili başladıqdan sonra aşağıdakı sənədləri əyani şəkildə Akademiyaya təqdim etməlidirlər:
1. 11 illik attestat;
2. Şəxsiyyət vəsiqəsinin surəti – 2 nüsxə
3. 4 ədəd 3×4 fotoşəkil,
4. Sağlamlıq haqqında arayış;
5. Tərcümeyi-hal (Aydın və səliqəli yazılmalı, əlyazma şəklində A4 formatlı vərəq üzərində olmalı, özü barədə ətraflı məlumat verib, ailə üzvlərini bir-bir sadalamaqla təvəllüd, doğulduğu yer, hal-hazırda işlədikləri yer və tutduqları vəzifələri göstərilməli);
6. Həmçinin, Akademiyaya ödənişli əsaslarla qəbul olmuş, lakin güzəştli
kateqoriyaya daxil olduğu üçün ödənişdən azad olan tələbələr müvafiq sənədin notarial təsdiq olunmuş surətini (Dövlətin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların övladları (20 yanvar və Qarabağ müharibəsi şəhidləri) –şəhid ailəsi olması haqqında vəsiqələrin notarial təsdiq edilmiş surəti); Qarabağ müharibəsi əlili (I və II qrup) olan şəxslərin övladları – əlil ailəsi olması haqqında vəsiqələrin notarial təsdiq edilmiş surəti); Məcburi köçkünlərin övladları –tələbənin və valideynlərinin məcburi köçkün olması haqqında vəsiqələrinin notarial təsdiq edilmiş surəti); Valideyn himayəsindən məhrum olan şəxslər (habelə bir valideynini itirmiş, digər valideyni I və II qrup əlil olan şəxslər) – valideynlərdən hər hansı birini itirməsi və digərinin əlilliyi olması haqqında vəsiqələrin notarial təsdiq edilmiş surəti); Əlillik dərəcəsi (I və II qrup) olanlar – əlillik dərəcəsinin olması haqqında vəsiqənin notarial təsdiq edilmiş surəti) təqdim etməlidirlər.

EVENT INFO :

  • Start Date:28.08.2025
  • Start Time:00:00
  • End Date:28.09.2025
  • End Time:00:00