İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu dünyanın aparıcı onlayn təhsil platforması olan “Coursera” ilə birgə “4SİAkademiyası” çərçivəsində Milli Proqrama start verirlər. Proqramın əsas məqsədi ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına və rəqabət qabiliyyətli insan kapitalının formalaşdırılmasına dəstək verməkdir.
Proqram çərçivəsində, “Coursera” platformasında 8000-dən çox kurs tamamilə ödənişsiz istifadəçilərə təqdim olunur. Milli Proqram çərçivəsində təqdim olunan kurslar dünyanın 300-dən çox tanınmış universiteti və aparıcı şirkətləri tərəfindən hazırlanıb. İstifadəçilər süni intellekt, data analitikası, blokçeyn, əşyaların interneti, kibertəhlükəsizlik, biznes və layihələrin idarəolunması, maliyyə, kənd təsərrüfatı və bir çox sahədə biliklərini artıra biləcəklər.
Platformada 2500 kurs süni intellekt vasitəsilə Azərbaycan dilinə tərcümə edilərək altyazı, ən çox tələb olunan 10 kurs isə səsli formada dublyaj edilərək istifadəyə veriləcək.
Siz mərhələli şəkildə 6 həftəlik lisenziyalarla bu proqramdan istifadə edə bilərsiz.
Milli Proqram üzrə Akademiyada koordinator: “Tədrisin keyfiyyətinin monitorinqi və məzunlarla iş” şöbəsinin mütəxəssisi Xubanov Ayxan Valeh oğlu, i.ü.f.d.