loader image

Dia.edu.az

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tədrisin Keyfiyyətinin Monitorinqi və Məzunları ilə İş Şöbəsi tərəfindən müəllimlər üçün “Andraqogika: Böyüklər üçün Effektiv Tədris Yanaşmaları” mövzusunda xüsusi təlim təşkil edilmişdir.

 Təlim zamanı rektor, akademik Urxan Ələkbərov qeyd edib ki, təhsil sahəsində müasir yanaşmalar və prinsiplər son dərəcə vacib məsələlərdir.Hər bir müəllim tədris prosesində bu yanaşmalardan istifadə edərək təhsilin keyfiyyətini artırmaq və tələbələrin daha effektiv öyrənməsini təmin etməlidir. Bu, təhsilin inkişafı və müasir tələblərə cavab verməsi baxımından mühüm addımdır.

Təlimdə böyüklərin təhsilində effektiv yanaşmalar, müasir tədris metodları, təlim prosesində motivasiya və interaktiv metodlardan istifadə kimi mühüm mövzular üzrə bilik və təcrübələr müzakirə edilmişdir. Təlim zamanı kafedralarının əməkdaşları praktiki məşğələlər və müzakirələrdə çox fəal iştirak etmişdlər.