AKADEMİYADA DÖVLƏT BAYRAĞI GÜNÜ QEYD EDİLMİŞDİR
8 noyabr 2012-ci ildə Dövlət İdarəçilik Akademiyasında Dövlət Bayrağı gününə həsr edilmiş təntənəli tədbir keçirilmişdir. Bayraq hər bir dövlətin müstəqilliyini, millətin kimliyini və mənsubiyyətini, hansı amallar uğrunda mübarizə apardığını ifadə edən xüsusi bir qürur mənbəyi olduğunu qiymətləndirən Dövlət İdarəçilik Akademiyasının kollektivi ilk dərs saatını hər bir auditoriyaya Azərbaycan bayrağının təqdim etmək və tələbələrə bayrağımız haqqında xüsusi hazırlanmış braşuranın paylanması ilə başladı. Akademiyanın hər guşəsində Azərbaycan bayraqları dalğalanır, hər bir müəllim, tələbə sinəsində müqəddəs üç rəngli, aylı, ulduzlu bayrağımızı qürurla gəzdirir, dəhlizlərdən isə bayrağımıza həsr olunmuş musiqi sədaları eşidilirdi.
Akademiyanın rektoru, akademik Urxan Ələkbərov tədbir iştirakçılarını bu gün münasibəti ilə təbrik etdi, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu təhsil ocağında dövlət idarəçiliyi sahəsində ixtisaslaşan kadrların perspektiv imkanlarını təhlil etdi, möhtərəm Prezident İlham Əliyevin dövlətçiliyimizin möhkəmlənməsindəki uğurlu xidmətlərindən, dövlət atributlarımıza olan xüsusi diqqət və qayğısından danışdı. Natiq, Azərbaycan bayrağının 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsdiq edilməsini və məhz 1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti bayrağı Azərbaycanda dövlət bayrağı kimi qaldırılması ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında dövlət bayrağı kimi təsdiq edilməsini və nəhayət Azərbaycan prezidenti İlham Əliyevin sərəncam
ı ilə məhz noyabrın 9-u Azərbaycanda bundan sonra hər il Azərbaycan Dövlət Bayrağı Günü kimi qeyd olunmasını çox məntiqli və ideoloji baxımdan əhəmiyyətli olduğunu qeyd etdi.
Sonra akademiyanın “Tarix” kafedrasının müdiri dosentFirdovsiyyə Əhmədova, DİA Vətənpərvərlər klubunun rəhbəriÜlvü Sərkarlı çıxış edərək Azərbaycan bayrağının, bayraq meydanının Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramının bir qürur simvolu olduğunu qeyd etdi.
Tədbirdə çıxış edən digər natiqlər gənclərimizə müraciət edərək millət və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə edərək, Azərbaycan bayrağının tezliklə Qarabağda dalğalanacağına inandıqlarını əminliklə bildirdilər.