“Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlar” istiqaməti üzrəqısamüddətli ixtisasartırma kursu keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlar” istiqaməti üzrəqısamüddətli ixtisasartırma kursu keçirilmişdir. Bu il təşkil olunmuş kurs “Azərbaycan dövlətçiliyinin konstitusion hüquqi əsasları” və “Azərbaycanda inzibati islahatlar” modullarından ibarət olmuşdur. Kursa Dövlət Hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının nümayəndəli orqanların, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri, şəhər və rayon icra hakimiyyətlərinin hüquq şöbələrinin müdirləri cəlb olunmuşlar.
Bu istiqamətdə kursun əsas məqsədi Azərbaycan Respublikasında Konstitusiya islahatları, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında hüquq mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti, Prokurorluğun Azərbaycan Respublikası cinayət mühakimə icraatında iştirakı, Azərbaycanda inzibati hüquq islahatları və s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlar ilə fikir mübadiləsinin aparılması idi.
Kurs ərzində Azərbaycan Respublikasi Prezidenti Adm
inistrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan Respublikasi Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, AR Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov, AR Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, AR Ali Məhkəməsinin hakimləri və digər dövlət və qeyri-hökümət təşkilatlarının nümayəndələri Azərbaycan Respublikasının gənclər siyasətinin müasir problemlərinə dair müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.
Kurs çərçivəsində iş
tirakçılar üçün mədəni-maarifləndici ekskursiya təşkil olunmuş. Ekskursiya zamanı dinləyicilər Qobustan Dovlət tarix və bədii Qoruğuna səfər etmişlər.
Noyabr ayının 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kurs üzrə dinləyicilərin buraxılış mərasimi keçirilmişdir. Akademiyanınprorektoru, professor Əlikram Abdullayev kursun sonunda dinləyicilər qarşısında çıxış etmiş, onlara kursu müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlar təqdim edərək gələcək işlərində uğurlar arzu etmişdir.