loader image

Dia.edu.az

Akademiya ilə Dövlət Sosial Müdafiə Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır

Aprel ayının 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır.
 Tədbiri giriş sözü ilə açan akademiyanın rektoru, akademik Urxan Ələkbərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsilin inkişafına, sosial innovasiyaların geniş tətbiqinə, sosial xidmət sferasında fəaliyyət göstərən dövlət qurumların fəaliyyətinin şəffaf və səmərəli olmasına xüsusi önəm verdiyini vurğulamışdır. Rektor respublikada aparılan uğurlu xarici və daxili siyasət, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr sayəsində ictimai həyatın bütün sahələrində dinamik inkişafa nail olunduğunu qeyd etmişdir. Rektor bildirmişdir ki, müasir mərhələdə Azərbaycanın davamlı inkişafı siyasətinin prioritet istiqamətlərindən elan olunan və dövlətin sosial yönümlü siyasətinin bütün sahələri gündəlik fəaliyyətin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir.
Rektor Azərbaycanın davamlı inkişafı və sosial sahədə önləyici tərəqqinin təmin edilməsi istiqamətində ölkədə gercəkləşdirilən çoxşaxəli, səmərəli və innovativ tədbirlərə uyğun olaraq İdarəçilik Akademiyası ilə Dövlət Sosial Müdafiə Fondu arasında elm, təhsil, davamlı sosial inkişaf və qarşılıqlı maraq doğuran digər sahələri əhatə edən Əməkdaşlıq Memorandumunun qarşılıqlı əməkdaşlığın genişlənməsinə, Akademiyada təhsil alan, dövlət idarəçilik sahəsində ixtisaslaşan gənclərin təcrübi-praktik fəaliyyətləri üçün daha bir imkan əldə ediləcəyinə inamını ifadə etmişdir.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Fondun Respublikada əhalinin sosial müdafiəsi, həyata keçirilən sosial-iqtisadi siyasətin öncül istiqamətlərindən olaraq daim dövlətin diqqət mərkəzində saxlanıldığını qeyd etmiş, bu istiqamətdə uğurlu institusional islahatların təmin edilməsi istiqamətində görülən işlərdən danışmışdır. Son illər əhalinin həyat səviyyəsinin yüksəldilməsi, əmək haqlarının və aztəminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilməsi, vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılması barədə fikirlərini qeyd etdi. Dövlətin sosial sığorta və əmək pensiyası siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanması və ümumiyyətlə bu siyasətin idarə edilməsində elmi yanaşmanın təmin edilməsi və təcrübə mübadiləsi sahəsində İdarəçilik Akademiyası ilə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirmişdir. Bu vəzifələri uğurla və səmərəli icra etmək üçün yüksək bilik və təcrübədən geniş istifadə olunması və biliklərin idarəetmədə tətbiqi və qarşılıqlı mübadilə yolu ilə daha da səmərəli olması barədə fikirlərini bildirmişdir.

Sonra Əməkdaşlıq Memorandumu imzalanmışdır. Əməkdaşlıq Memorandumu tərəflər arasında birgə layihələrin, konfransların, ixtisasartırma kurslarının və müzakirələrin keçirilməsi, müxtəlif elmi-tədqiqatların aparılması, analitik materialların hazırlanması və təcrübi-praktikanı əhatə edir.