loader image

Dia.edu.az

“Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının banisidir” mövzusunda doktorant və dissertantların elmi konfransı keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ümumilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının banisidir” mövzusunda doktorant və dissertantların elmi konfransı keçirilmişdir.Konfransı Akademiyanın rektoru, akademik Urxan Ələkbərov açaraq   Azərbaycanın davamlı inkişafa nail olması xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmiş,onun müdrik siyasi kursu haqqında geniş məlumatlar  vermişdir. Elmi-konfransda doktorant və dissertantların məruzələri dinlənilmişdir.