Ulu öndərin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir
Mayın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə hər il ənənəvi olaraq ulu öndərin xatirəsinə həsr olunmuş məqalə müsabiqəsinin yekunlarına həsr edilmiş tədbir və “Müsəqil Azərbaycan 20 il: Dövlət, Ailə, Qadın və Uşaq siyasəti” adlı kitabın təqdimatı keçirirmişdir. Müsabiqənin keçirilməsində məqsəd gənc nəslin milli mənlik şüurunu inkişaf etdirmək, milli vətənpərvərlik ruhunu yüksəltmək, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasını təbliğ etməkdir.
1 mart 2013-cü il tarixindən 25 aprel 2013-cü il tarixinə qədər davam edən ənənəvi müsabiqədə ali təhsil müəssisələrinin tələbələri iştirak etmişdir.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik, Urxan Ələkbərov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov və digər natilər öz çıxışlarında ulu öndərin milli ideologiyanın formalaşmasında rolundan, Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən, elm və təhsilə göstərdiyi diqqət və qayğıdan danışılmışdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasətindən, gənclərin Azərbaycan cəmiyyətindəki rolundan, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakından, idmanda, təhsildə və digər sahələrdə qazandıqları uğurları qeyd etmişlər.
Sonda müsabiqənin nəticələrinə əsasən qaliblər mükafatlandırılmışdır.