Gənclər Beynəlxalq Açıq Kubok Yarışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Həmkarlar İttifaqı Komitəsinin gənclərdən ibarət komandası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş səmti müəyyən etmə idmanı üzrə Birinci Beynəlxalq Açıq Kubok Yarışında iştirak edib. Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Vergilər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Xaçmaz rayon İcra Hakimiyyəti, eləcə də Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Həmkarlar İttifaqı Komitəsinin gənclərdən ibarət komandası uğurlu iştirak edib və fərdi oyunlarda komandanın üzvüləri II və IV yerə layiq görülüblər.