loader image

Dia.edu.az

Akademiya və Milli Konservatoriya birgə Novruz Bayramı tədbiri keçirmişdir

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında xalqımızın əziz bayramı olan Novruz bayramı münasibətilə tədbir keçirilmişdir.  
Birgə keçirilən tədbiri Akademiyanın rektoru, akademik Urxan Ələkbərov və Milli Konservatoriyanın rektoru professor Siyavuş Kərimi açaraq kollektivin bütün üzvlərini bayram münasibəti ilə təbrik etmiş, hamıya cansağlığı, gözəl bahar əhval-ruhiyyəsi, sevinc, ruzi-bərəkət, firavan günlər arzulamışlar.
Novruz qədim zamanlardan xalqımız tərəfindən yüksək səviyyədə qeyd olunmuş, təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərin, xoş arzuların yarandığı bir bayram sayılmışdır. Natiqlər Ulu Öndər Heydər Əliyevin də insanlara təmizlik, nəciblik, mehribanlıq, birlik hissləri aşılayan Novruz bayramına hər zaman xalqımızın əvəzsiz milli sərvəti kimi yanaşdığını bildirmişdir.
Respublikamızda görülən işlərdən, ölkəmizin günbəgün tərəqqisindən, beynəlxalq aləmdə nüfuzunun artmasından, regionumuzun lider dövlətə çevrilməsindən və bütün bu işlərdə Heydər Əliyev irsinin layiqli davamçısı, hörmətli Prezident cənab İlham Əliyevin səmərəli fəaliyyətindən danışmış, bu bayramı yüksək səviyyədə qeyd etmək üçün mənəvi haqqımız olduğunu vurğulamışlar.  Bayram tədbiri respublikamızın tanınmış incəsənət ustalarınınifasında səsləndirilən musiqi nömrələri ilə davam etdirilmişdir.