loader image

Dia.edu.az

Azərbaycanın tarixi şansı: ölkənin davamlı inkişafı beynəlxalq təşkilatların gözü ilə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 19-da Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyindəki nitqində demişdir: “Biz iqtisadi sahədə apardığımız islahatlarla dünyanın aparıcı iqtisadi qurumlarının da yüksək qiymətlərinə layiq ola bilmişik. Bu gün dünyanın aparıcı iqtisadi qurumu olan Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 39-cu yerə layiq görmüşdür. Bu, islahatlar nəticəsində əldə edilmiş uğurlardır.” Dövlətimizin başçısının nitqində vurğulanmış bu həqiqət artıq bir çox beynəlxalq təşkilat və ekspertlərtərəfindən qeyd edilir. Göstərilir ki, Azərbaycan Respublikası uğurla inkişaf etməkdədir və bu inkişafın tempi və istiqaməti ölkəni bir çox sahələrdə dünya və regional liderəçevirmişdir. Müstəqil ekspertlərin və beynəlxalq təşkilatların hazırladığı rəsmi hesabatlardan aydın olur ki, Azərbaycan sürətlə dəyişir və müasirləşir, insanların həyat tərzi durmadan yüksəlir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru,bir sıra nüfuzlu beynəlxalq təşkilatların eksperti, akademik Urxan Ələkbərovun AzərTAc-ın sifarişi ilə hazırladığı “Azərbaycanın tarixi şansı: ölkənin davamlı inkişafı beynəlxalq təşkilatların gözü ilə” məqaləsi ölkənin qazandığı nailiyyətlərin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsinə həsr edilmişdir. Azərbaycanın uğurlarını səciyyələndirən və məqalədə təqdim olunmuş bir çox məlumatlar beynəlxalq təşkilatlarınrəsmi hesabatlarına əsaslanır və indiyədək milli mətbuatda az işıqlandırılan məsələləri əhatə edir. AzərTAc məqaləni təqdim edir.
Azərbaycanın inkişafının hazırkı mərhələsinin özəlliyi ondadır ki, son illər xüsusilə intensivləşən və bütün ölkə boyu uğurla həyata keçirilən infrastruktur layihələri, yaradılan yeni sənaye, kənd təsərrüfatı və xidmət müəssisələri ən müasir texnologiyalara əsaslanır. Çox önəmlidir ki, bu innovativ texnologiyaların işlənilməsi və tətbiqi yalnız istehsal və xidmət sahələrini deyil, eyni zamanda, olduqca böyük əhəmiyyət daşıyan planlaşdırma və idarəetmə proseslərini də əhatə edir.

Bütün bunların əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası, bu istiqamətdə qəbul edilən və həyata keçirilən qərarlar durur. Uzunmüddətli davamlı inkişaf strategiyasının tələblərinə cavab verən insan potensialının formalaşması, ölkənin zəngin təbii ehtiyatlarından olan “qara qızılın” insan kapitalına çevrilməsi, uğurlu tərəqqinin tükənməz mənbəyi olan bu sərvətin formalaşdırılması və səfərbər edilməsi yüksək hədəflərə nail olunmasının əsas amilikimi çıxış edir.
İnnovativ tərəqqinin əsasını təşkil edən insan potensialının inkişafını təmin edən və bu prosesin uğurlu olmasını dünyada qəbul olunmuş standartlara görə, beynəlxalq təşkilatlar üç ən əhəmiyyətli göstəricilərin təhlili əsasında qiymətləndirirlər. BMT, Dünya Bankı, digər beynəlxalq təşkilatlar, nüfuzlu elmi-analitik mərkəzlər bu göstəricilərə,ilk növbədə, əhalinin sağlam və bilikli olmasını aid edirlər və bu iki amili uğurlu inkişafın əsas şərtləri kimi dəyərləndirirlər. Hesab edilir ki, yalnız bu iki istiqamətdə nailiyyətlərə malik olunduğu halda hər hansı bir ölkənin əhalisi üçüncü amil olan uğurlu və davamlı iqtisadi tərəqqiyə və bunların nəticəsi kimi həyat səviyyəsinin yüksək olmasına, sosial problemlərin layiqli səviyyədə həllinə nail ola bilərlər. Azərbaycanda busiyasətin ardıcıl və məqsədyönlü həyata keçirilməsinin müsbət nəticələri göz qabağındadır.

Ölkədə sağlam və yüksək bilik və bacarığa malik olan yeni nəslin formalaşmasıvə eyni zamanda formalaşmış nəslin, o cümlədən dövlət qulluqçuları və müxtəlif səviyyələrdə qərar qəbul edənlərin yenidən hazırlanması, onların fasiləsiz tədris və təlimlərə cəlb edilməsi biliyə əsaslanan inkişaf sahəsində dövlət siyasətinin əsas istiqamətidir.

Buna bir misal kimi ölkədə son illərdə minlərlə yeni məktəblərin tikilməsi və yenidən qurulmasını, onların müasir tədris proqramları və avadanlıqla təchiz edilməsini göstərmək olar. Bu istiqamətdə fəaliyyətin həyata keçirilməsində həm dövlət təşkilatları, həm də vətəndaş cəmiyyəti fəal iştirak etməkdədirlər. İctimai birliklər arasında ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam etdirən və Ulu Öndərin adını daşıyan Fondun fəaliyyəti xüsusi qeyd edilməlidir. Fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb”, xüsusi qayğıya ehtiyacı olan əhali qruplarının inkişafına yönəldilmiş tədbirlər, digər məqsədli layihələr bu istiqamətdə həyata keçirilən fəaliyyətin yalnız bir neçə nümunəsidir. Təhsil ilə bərabər, ölkənin bütün əyalətlərində yaradılmış və fəaliyyət göstərən çoxsaylı olimpiya kompleksləri, stadionlar və digər idman obyektləri, eyni zamanda, tibb sahəsində xəstəxanalarla yanaşı, sağlamlığın qorunması üçün daha böyük əhəmiyyət daşıyan ən müasir diaqnostika və tibbi-profilaktik müəssisələrinin yaradılması və yenidən qurulması ölkədə əhalinin sağlam və bilikli olmasına yönəldilmiş dövlət siyasətinin ardıcıllığının və məqsədyönlülüyünün təzahürüdür. Belə bir şəraitdə son on ildə adam başına ümumi daxili məhsulun üç dəfədən çox artması ölkənin inkişaf strategiyasının nə dərəcədə uğurlu olmasından xəbər verir. Təbiidir ki, nəticədə BMT-nin qiymətləndirilmələrinə görə, Azərbaycan Respublikası artıq 2010-cu ildən insan potensialının inkişafı sahəsində yüksək nəticələr əldə edilmiş ölkələr qrupuna aid olunmuşdur. O zamana qədər Azərbaycan bu istiqamətdə orta nəticələr əldə etmiş ölkələr qrupuna daxil idi.
Ölkədə qazanılmış yüksək nailiyyətlərin əldə edilməsinin təməlində ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyaları durur. Bu texnologiyaların tətbiqi nəticəsində Azərbaycan dünyanın ən rəqabətədavamlı, səmərəli və sabit inkişaf edən dövlətlər arasında yer almaqdadır, bundan sonra da keyfiyyətli iqtisadi yüksəlişə nail olmağı və vətəndaşlar üçün daha yüksək həyat standartları təmin etməyi hədəfləyir. Bu məqsədlərə nail olmaq üçün artıq özünəməxsus inkişaf modeli ortaya qoyulub. Həmin model ilk növbədə cəmiyyətin başlıca ideyası – daim yeniləşən intellektual idarəetməyə əsaslanan cəmiyyətin formalaşdırılması ideyasına köklənib. Danılmaz faktdır ki, elmi biliklər gələcəyin açarı, texnologiyalar isə iqtisadi tərəqqinin hərəkətverici qüvvəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin səmərəli dövlət idarəçiliyinin təməlində də məhz elm və texnologiyalar, bilik iqtisadiyyatı, elmtutumlu istehsalın həvəsləndirilməsi, eyni zamanda, rəqabətədavamlı elmi-intellektual insan potensialının inkişaf etdirilməsi, bir sözlə, innovativmodernləşməyə transformasiya amili dayanır. İnkişaf vektorunu təkmilləşdirən, həqiqi “innovativ sıçrayış” gerçəkləşdirən Azərbaycanın ən böyük tarixi şansı sükanı arxasında ölkənin prioritetlərini hər bir zaman kəsiyində düzgün sıralaya bilən, sözügedən “innovativ sıçrayış” üçün vacib vasitə rolunu oynayan dövlət proqramlarını milli səviyyəyə qaldırmağa, onların icrasında vətəndaş cəmiyyətinin və fərdi sektorun fəal iştirakına müvəffəq olan, milli proqramları qlobal maraqlara və ümumbəşəri prioritetlərə uyğun planlaşdıran Prezident İlham Əliyev kimi bir liderin durmasındadır.

Belə yanaşma ölkənin qısa müddətdə sürətli inkişafını təmin etmişdir və əldə olunmuş nailiyyətlər artıq bir çox nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən hazırlanmış rəsmi hesabatlarda öz əksini tapmışdır. Prezident İlham Əliyevin özünün də dəfələrlə vurğuladığı kimi, Azərbaycanda sistemli və ardıcıl islahatlar nəticəsində ötən illərdə iqtisadiyyatın və ictimai həyatın bütün sahələrində mühüm məqsədlərə nail olunub, ölkə keyfiyyətcə yeni modernləşmə mərhələsinə qədəm qoyub. Bu mərhələnin başlıca prioritetləri çoxşaxəli, səmərəli və innovativ iqtisadiyyatın formalaşmasına əsaslanaraq sosial sahədə önləyici inkişaf trendinin təmin olunması, əhalinin rifahının qabaqcıl beynəlxalq standartlara çatdırılmasıdır.Azərbaycanın sürətli inkişafında ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüş və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyası xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq təşkilatların rəsmi məlumatlarına əsasən, 1994-cü ildə « Əsrin müqaviləsi»nin imzalanmasından sonra ölkədə adambaşına düşən ümumi daxili məhsul (ÜDM), alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla, 1995-ci ildəki 250 ABŞ dollarından Dünya Bankı tərəfindən dərc edilmiş son məlumatlara görə 10 900 ABŞ dollarınadək artıb və həmin təşkilatın proqnozlarına görə yenə də artmalıdır.

Bu, olduqca yüksək göstəricidir və neft sahəsində əldə edilmiş nəticələrə əsaslanaraq iqtisadiyyatda qeyri-neft sektorunun payının daim artmasının parlaq təzahürüdür. Çox önəmlidir ki, bu kəmiyyət artımı keyfiyyət artımı ilə müşayiət olunur. Hazırda modernləşmənin iqtisadi bazisini formalaşdıran Azərbaycan suveren dövlət kimi, artıq yeni tarixi və iqtisadi şəraitdə iqtisadiyyatın inkişafı problemlərini həll edir, prinsipial baxımdan yeni olan, iqtisadi sərbəstliyə, dünya təsərrüfat sisteminə inteqrasiyaya yönəlmiş iqtisadiyyat qurur. Ölkədə həyata keçirilən uğurlu iqtisadi şaxələndirmə siyasətinin prioritetləri innovativ məhsulların istehsalı və bu prosesdə bərpaolunan təbii ehtiyatların istifadəsidir.
Müxtəlif beynəlxalq təşkilatların rəsmi hesablamalarına görə, bu gün Azərbaycan bəzi sahələrdə, o cümlədən XXI əsrin əsas prioriteti olan iqtisadi və sosial inkişafın planlaşdırılması və idarə edilməsinin bir sıra istiqamətlərində yüksək nəticələr əldə etmiş,bir sıra Avropa dövlətlərini belə geridə qoyur. Qeyd edildiyi kimi, bu uğurlar dünyanın başlıca prioriteti sayılan çağdaş nəsillərin rifahını təmin edən və gələcək nəsillərin inkişaf imkanlarını məhdudlaşdırmayan davamlı inkişafın planlaşdırılmasına və idarə edilməsinə aiddir. Azərbaycan Respublikasında bu istiqamətə yönəldilmiş dövlət siyasətinin uğurları bir çox beynəlxalq təşkilatlar tərəfindən hazırlanmış hesabatlarda da öz əksini tapmışdır.
Məlum olduğu kimi, son on ildə ölkədə ÜDM-nin hər bir vahidinin istehsalı üçün enerji sərfiyyatı sürətlə azalıb. Bu isə davamlı inkişaf, “yaşıl iqtisadiyyat”ın və ekoloji sivilizasiyaya keçidin ən önəmli göstəricilərindən sayılan bərpa olunan və bərpa olunmayan ehtiyatların səmərəli istifadəsindən xəbər verir. Məsələn, BMT tərəfindən təklif edilmiş və bütün dünyada qəbul olunmuş davamlı inkişaf və iqtisadiyyatın şaxələndirilməsi səviyyəsini əks etdirən göstəricilər mövcuddur. Bu göstəricilərdən biri və ən əhəmiyyətlisi enerjinin hər bir vahidinin istifadəsi nəticəsində sənaye, kənd təsərrüfatı və xidmətlərsahəsində istehsal olunan məhsulun dəyəridir. Beynəlxalq təşkilatlar tərəfindən belə göstəricinin seçimi bir tərəfdən təbii ehtiyatların nə dərəcədə səmərəli istifadəsindənxəbər verir. İnkişafda yüksək nəticələr əldə etmiş ölkələrdə bu göstərici, eyni zamanda, idarəetmə və istehsalda innovativ texnologiyaların istifadəsinin indikatorudur. Digər tərəfdən, enerjidən daha az istifadə etməklə daha yüksək iqtisadi nəticənin əldə edilməsi bəşəriyyət üçün başqa prioritet olan, dünya ölkələrinin başçılarının iştirakı ilə keçirilənsammitlərdə müzakirə edilən qlobal iqlim dəyişmələrinin qarşısının alınması üçün çox əhəmiyyətlidir. Beynəlxalq müqayisələrin keçirilməsini təmin etmək, qabaqcıl təcrübənin yayılmasına dəstək vermək məqsədilə beynəlxalq təşkilatlar tərəfindən aparılan təhlillərdə enerji vahidi kimi bir kiloqram neftdə olan enerjinin ekvivalenti götürülür,istehsal olunan məhsul və yaxud xidmətin qiyməti isə ABŞ dolları ilə dəyərləndirilir. Enerji ekvivalenti kimi bir kiloqram neftin seçilməsinin bir səbəbi də ondadır ki, bir bareldə təxminən 136 kiloqrama yaxın neft olur, onun kiloqramının qiyməti isə bütün dünyada eyni olur və hər zaman üçün bəllidir. Bu isə beynəlxalq müqayisələr aparmaq üçün olduqca önəmlidir. Azərbaycan üçün bu göstərici beynəlxalq təşkilatlar tərəfindən hesablanıb. Dünya Bankı tərəfindən yayılan məlumatlara və dərc edilmiş rəsmi hesabatlara əsasən, bizim ölkədə miqdarca hər 1 kiloqram neftdə olan enerjinin istifadəsi nəticəsində 2011-ci ildə dəyəri 7,22 ABŞ dolları olan məhsul istehsal olunub və yaxud xidmət göstərilib. O da qeyd edilməlidir ki, beynəlxalq təşkilatların hesabatları bir qayda olaraq gecikir və bu vəziyyət isə müxtəlif ölkələrin məlumatlarının toplanması və təhlili üçün tələb olunan zaman ilə əlaqədardır. Bu səbəbdən Azərbaycan üçün 2011-ci ili xarakterizə edən rəqəmlər son məlumatlara aiddir və 2013-cü ilin sonunda dərc edilib. Nəzərə alınsa ki, Dünya Bankının rəsmi hesabatlarında Azərbaycan üçün bu rəqəm 2004-cü ildə yalnız 2,26 ABŞ dolları təşkil edirdi, aydın olur ki, ölkədə qısa bir müddətdə bu göstərici 3 dəfədən çox artmışdır (Şəkil 1). Şəkil 1-də müqayisə üçün Azərbaycanla yanaşı, bu göstərici dünya üçün də təqdim edilmişdir. Şəkildən göründüyü kimi, əgər 2004-cü ildə davamlı inkişafın vacib şərti olan bu göstərici bizim ölkədə dünyanın orta göstəricilərindən 2 dəfədən çox geridə idisə, artıq 2009-cu ildə ölkə orta dünya göstəricilərini üstələdi və hazırda bu fərq hər il Azərbaycanın xeyrinə artmaqdadır.

Şəkil 1. Azərbaycan və dünyada miqdarca 1 kq neftdə olan enerji hesabına istehsal edilmiş ÜDM-nin dəyəri, ABŞ dolları və AQP (Alıcılıq qabilliyyəti pariteti) ilə (Mənbə: World Development Indicators & Global Development Finance, Worldbank.org/data, 2013).

Dünya Bankı tərəfindən həyata keçirilmiş təhlillər və onların əsasında hazırlanmış rəsmi hesabatlarda Azərbaycanla yanaşı, dünyanın digər, o cümlədən neft və qaz ixrac edən ölkələrinin də göstəriciləri təqdim olunur. Şəkil 2-də müqayisə üçün davamlı inkişafı səciyyələndirən bu göstəricinin təhlili ayrıca 2003-cü və 2011-ci illər üçün təqdim olunmuşdur.

Şəkil 2. Neft və qaz ixrac edən ölkələrdə miqdarca 1 kq neftdə olan enerji hesabına istehsal olunmuş ÜDM-nin dəyəri, ABŞ dolları və AQP (Alıcılıq qabilliyyətipariteti) ilə(Mənbə:http://search.worldbank.org/data qterm=GDP+per+unit+of+energy+ use&language=EN&format=)

Dünya Bankının məlumatlarına əsasən tərtib edilmiş bu şəkildən aydın olur ki, 2003-cü ildə Azərbaycan Republikası enerjinin davamlı inkişaf naminə səmərəli istifadəsi sahəsində müqayisə edilən ölkələr arasında sondan ikinci yeri tuturdu və o zaman bu göstəriciyə görə bizim ölkədən geridə yalnız Türkmənistan yer almışdı. Hazırda dərc olunmuş 2011-ci ilə aid məlumatlara görə isə Azərbaycan siyahının sondan ikinci yerindən siyahının başdan ikinci yerinə sıçramışdır. İndi Azərbaycanda bu istiqamətdə əldə edilmiş nailiyyət əksər neft və qaz ixrac edən ölkələrin göstəricilərindən daha yüksəkdir.

Sözügedən göstəriciyə görə, ölkəmiz yalnız Norveçdən geri qalır. Bu ölkədə hər 1 kiloqram neftdə olan enerji miqdarının istifadəsi nəticəsində istehsal olunmuş məhsul və xidmətlərin dəyəri 10,0 ABŞ dolları təşkil edir.
Bu məlumatlar göstərir ki, Azərbaycan davamlı inkişaf istiqamətində inamlairəliləməkdədir. Enerji istifadəsinin səmərəliliyi 2003-cü illə müqayisədə 2011-ci ildə 3 dəfədən çox artmışdır. Göstərilən dinamikanı nəzərə alaraq tam inamla qeyd etmək olar ki, Azərbaycanda enerji səmərəliliyi və davamlı inkişaf prinsiplərinin həyata keçirilməsi istiqamətində daha yüksək nailiyyətlər qazanılmışdir.
Davamlı inkişaf sahəsində uğurlu idarəetmənin digər bir göstəricisi də beynəlxalq təşkilatlar tərəfindən geniş tədqiq edilməkdədir. Bu göstərici ÜDM-də hər bir min ABŞ dollar dəyəri olan məhsul və ya xidmətin istehsalına sərf edilmiş enerjinin miqdarıdır. Mahiyyətcə eyni məna daşıyan bu göstərici ÜDM-nin artması şəraitində innovativ inkişafın nə dərəcədə təmin olunmasından xəbər verir. Cədvəldə bu göstərici Xəzəryanı ölkələr üçün dəyərləndirilmişdir. Müqayisələr iki dövrü əhatə edir: 2000-ci və 2010-cu illəri. Cədvəldən görünür ki, bu göstəriciyə əsasən, Azərbaycan 2010-cu ildə Xəzəryanı dövlətlər arasında davamlı inkişafın bu göstəricisinə görə şərtsiz liderliyə nail olub və bu liderliyi saxlamaqdadır.

O da qeyd edilməlidir ki, 2000-ci ildə Azərbaycanda bu göstərici əksər Xəzəryanı ölkələrdən geridə idi. O zaman Azərbaycan davamlı inkişafın bu ən əhəmiyyətli göstəricisinə görə yalnız Türkmənistandan irəlidə idi. Cədvəldə təqdim olunmuş məlumatlar 2010-cu il ilə məhdudlaşsa da, BMT-nin və Dünya Bankının son məlumatlarını əhatə edir və 2013-cü il 1 iyul tarixinə olan vəziyyəti səciyyələndirir. O da qeyd edilməlidir ki, müqayisə edilən bütün Xəzəryanı ölkələr neft və qaz ixracçıları kimi məlumdurlar və bu məhsulların qiymətlərinin dünya bazarında dəyişməsi bütün bu ölkələrə təxminən eyni dərəcədə təsir edir.

Cədvəl. Xəzəryanı ölkələrdə 2000-ci və 2010-cu illərdə dəyəri 1000 ABŞ dolları olan ÜDM-nin istehsalına sərf edilən enerji (neft ekvivalenti, kq, məlumat 1 iyul 2013 ilə aiddir)

 Ölkə 2000-ci il 2010-cu ilSəmərəliyin artımı, %
 Azərbaycan Respublikası570147387
 İran İslam Respublikası251278
 Qazaxıstan443421105
 Rusiya Federasiyası491348141
 Türkmənistan808575140

Mənbə: mdgs.un.org/unsd/mdg/SeriesDetail.aspx?srid=648

Cədvəldən göründüyü kimi, on il ərzində Azərbaycanda enerji istifadəsinin səməriliyi 3,5 dəfədən çox artmışdır. Bu artım tempi regionun heç bir ölkəsində müşahidə edilməmişdir. Azərbaycandan sonra göstərilən istiqamətdə ən böyük irəliləyişə Rusiya

Federasiyası və Türkmənistan nail olmuşlar ki, bu ölkələrdə artım tempi, müvafiq olaraq,141 və 140 faiz təşkil etmişdir. Azərbaycanda isə Dünya Bankının qiymətləndirmələrinə görə, bu rəqəm 387 faiz təşkil etmişdir.
Ölkədə həyata keçirilən siyasətin sosialyönümlü olması Prezident İlham Əliyev tərəfindənhər zaman qeyd edilməkdədir. Ölkənin artan iqtisadi imkanları sosial siyasətin güclənməsinə yönəldilir. Əhalinin rifahının artması göz qabağındadır və öz əksini əmək haqlarının, ev təsərrüfatlarının gəlirlərinin, pensiyaların və digər müavinətlərin artmasında tapmışdır. Yoxsulluğun 49 faizdən 5,3 faizə enməsi də bu siyasətin nə dərəcədə uğurlu olmasından xəbər verir. Bununla yanaşı, bizim elmi və dövri mətbuatda az müzakirə edilən, lakin beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapan Azərbaycanın uğurlu sosial siyasətə aid digər məlumatları da təqdim olunmaqdadır. Buna misal olaraq, ölkədə uğurlu sosial inkişafa yönəldilmiş siyasətdən xəbər verən digər bir indikator kimi «kvintil gəlir əmsalını» göstərmək olar. Kvintil gəliri hər hansı bir ölkə və ya ərazinin əhalisinin beşdə birinin (20%) gəlirlərini səciyyələndirir. Qruplar üzrə göstəricilər alınarkən əhalinin adambaşına sərəncamda qalan gəlirləri artan qaydada düzülərək saya görə 5 bərabər 20 faizlik qrup yaradılır. Bu zaman birinci kvintilə ən az gəlirləri olanlar, beşinci kvintilə isə ən çox gəlirləri olanlar düşür. Sonra isə 20 faiz ən zəngin qrupda orta adambaşı gəlirin 20 faiz ən aşağı gəlirləri olanların orta gəlirin neçə dəfə üstələdiyi müəyyən edilir. Hesab olunur ki, arada qalan 60 faiz əhalinin gəliri orta kimi səciyyələndirilə bilər. Ən zəngin və ən aşağı gəlirləri olan 20 faiz əhalinin orta gəlirləri arasında nisbət nə dərəcədə az olarsa, bu, ölkənin iqtisadi imkanları ilə yanaşı, sosial siyasətin yüksək səviyyədə olmasından xəbər verir. Şəkil 3-də BMT tərəfindən 2013-cü ildə dərc edilmiş məlumatlar təqdim edilmişdir. Şəkildən aydın olur ki, hazırda dünyada kvintil əmsalının ən aşağı göstəriciləri, yəni sosial baxımdan ən uğurlu siyasət Şimali Avropanın bir sıra ölkələrində müşahidə edilməkdədir. Bu ölkələrə Norvec, Finlandiya və İsveç aiddir ki,bunlarda kvintil əmsalı 3 ilə 4 arasındadır. Bu o deməkdir ki, bu ölkələrin 20 faiz ən zəngin təbəqəsinin nümayəndələrinin orta adambaşı gəliri 20 faiz ən aşağı gəlirləri olan təbəqənin orta gəlirindən yalnız 3-4 dəfə çoxdur. BMT-nin həmin hesabatda dərc etdiyi məlumatlara görə, Azərbaycanda bu rəqəm 5,3 təşkil edir və ölkədə güclü sosial siyasətin olmasından xəbər verir. Bu istiqamətdə Azərbaycan göstərilən Şimali Avropa ölkələrindən geridədirsə, eyni zamanda, bir sıra digər inkişaf etmiş ölkələri üstələyir (Şəkil 3). Bu ölkələr arasında Avropa ölkələrini (İtaliya, İspaniya, Yunanıstan və s.), bəzi MDB üzvlərini,İsraili, ABŞ-ı göstərmək olar. Ən yoxsul və ən varlı kvintilin gəlirlərinin nisbətinə görə, Azərbaycan şəkildən də göründüyü kimi, əhalinin həyat səviyyəsinin yüksək olduğu ölkələrlə rəqabətə girə biləcək durumdadır.

Şəkil 3. Müxtəlif ölkələrdə kvintil gəlirinin əmsalı (Mənbə: Human Development Report, New York, UNDP, 2013) Ölkə daxilində gəlirlərin ədalətli bölünməsi səviyyəsi və davamlı inkişafın tələblərinə cavab verməsi digər üsullarla qiymətləndirilə bilər. Bu üsullardan biri və geniş istifadə ediləni Cini Əmsalının hesablanmasına əsaslanır. Cini Əmsalı ölkə daxilində gəlirlərin ayrı-ayrı şəxslər,yaxud ev təsərrüfatları arasında ədalətli paylanmasını xarakterizə edir. Bu əmsalın qiyməti 0 (tam bərabərlik) – 100 arasında (kəskin qeyri-bərabərlik) dəyişə bilər. Cini Əmsalının qiyməti nəzəri baxımdan mümkün olan tam bərabərlik göstəriciləri ilə gəlirlərin faktiki müşahidə edilən paylanması əsasında müəyyən edilir. BMT-nin beynəlxalq ekspertlər tərəfindən hazırlanmış və 2013-cü ilə aid olan hesabatında Azərbaycan Respublikasında Cini Əmsalının qiyməti 33,7 göstərilmişdir. Müstəqilliyini təxminən 22 il öncə bərpa etmiş ölkə üçün bu, kifayət dərəcədə yüksək göstəricidir. Azərbaycanda Cini Əmsalının dəyəri İtaliya (36,0), İspaniya (34,7), İsrail (39,2), Türkiyə (39,0), Yunanıstan (34,3) və bir sıra inkişaf etmiş ölkələrdə müşahidə edilən rəqəmlərə yaxındır (Mənbəhttp://www.undp.org/https://dia.edu.az/az/content/dam/philippines/docs/HDR/HDR2013%20Report%20English.pdf)

Lakin Azərbaycanın bu rəqəmi daha da azaltmaq və gəlirlərin paylanması göstəricilərinə görə dünyanın ən qabaqcıl ölkələri sırasına çıxmaq üçün real imkanları mövcuddur. Regionların və qeyri-neft sektorunun inkişafına yönəldilmiş proqramlar, ölkədə əmək haqlarının, təqaüd və müxtəlif müavinətlərin mütəmadi artırılması bu məqsədə xidmət edir.
Dövlətin gələcək uğur və inkişaf perspektivləri, qazanılmış nailiyyətlərin davamlı olması, ilk növbədə, onu yönləndirəcək yeni idarəetmə paradiqmasına, müasir sosial reallıqlara cavab verən kadrların yetişdirilməsinə bağlıdır. Həmin kadrlar həyatda və idarəetmədə köklü dəyişikliklərə hazır olmalı, bir çox hallarda dəyişiklikləri qabaqlamalı, bir növ “dəyişikliklərin bələdçisi” rolunda çıxış etməlidirlər. Bu gerçəkliklərin fonunda Azərbaycanda idarəetmə ixtisaslarına marağın böyük olması əlbəttə, müsbət fakt kimi dəyərləndirilməlidir. Çünki, məhz maraq və tələbatın yüksək olması göstərilən ixtisaslara ən yaxşılarının qəbulu ilə nəticələnir.

Məsələn, 2013-2014-cü tədris ili üçün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müvafiq ixtisaslarına qəbul olunan tələbələrin 9,3 faizi Prezident təqaüdçüləridir. Bu, respublika üzrə uyğun göstəricidən (0,3%) 31 dəfə çoxdur. Göründüyü kimi, Azərbaycanın “innovativ sıçrayış” üçün zəmin hazırlayacaq potensialı vardır. Onların formalaşması, həm də həyatdan dərs almaları üçün Prezident İlham Əliyevin timsalında həqiqi lider və gələcəyi proqnozlaşdıran, yönləndirən əsl rəhbər örnəyi də vardır. Bu da Azərbaycanı 2020-ci ildən sonrakı hədəflərə çatdıracaq idarəetmə kadrlarının tarixi şansı kimi nəzərdən keçirilməlidir.Azərbaycanın sabahı naminə bu şansı dəyərləndirmək zəruridir.

Urxan Ələkbərov
akademik, Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının rektoru