loader image

Dia.edu.az

Akademiyada “Siqaretə qarşı mübarizə” həftəsində çərçivəsində Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə seminar təşkil olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Siqaretə qarşı mübarizə” həftəsində çərçivəsində Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə seminar təşkil olunmuşdur. Seminar gənclər tərəfindən maraqla qarşılanmış və nəticədə akademiyada siqaretə itaətsizlik və çəkilməməsi üçün bir sıra təkliflər irəli sürülmüşdür.

Tədbirdə çıxış edən Həmkarlar İttifaqı Komitəsinin sədri f.ü.f.d. Yusif Ağayev qeyd etdi ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən dünyada 2005-ci ildə tütün istifadəsi ilə bağlı xəstəliklərdən təqribən 5 milyon adam dünyasını dəyişib nəzərə alınarsa, bu rəqəmin 2030-cu ilə qədər hər il dünyada 10 milyon nəfərə çatacağı ehtimal edilir. Butün dünyanın mübarizə apardığı terrorizmdən belə daha çox insan təlafatına səbəb olan siqaret 21 ci əsrin təhlükəsinə çevrilir. Bu çərçivədə ölkə səviyyəsində bir sıra marifləndirmə işləri aparılmaqdadır. Akademiya olaraq biz də bu fəaliyyətə əməli olaraq öz töhfəmizi vermək istədik. Bunun üçün də işə gəncləri maarifləndirməklə başladıq. Məqsədimiz sizlərə nə isə öyrətmək deyil, istədiyimiz sizin bu problem ətrafında fikirləşməyinizdir.