loader image

Dia.edu.az

SİYASİ İDARƏETMƏ FAKÜLTƏSİ

Siyasi idarəetmə fakültəsi Dövlət İdarəçilik Akademiyasının yarandığı tarixdən fəaliyyət göstərir. 2022-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Həsənov Murtəza İltifat oğlu fakültəyə dekan təyin edilib. Dekanlığın əməkdaşları – dekan müavini Qurbanzadə Fəxri Siyavuş oğlu, akademik məsləhətçilər (tyutorlar) Pənahova Vüsalə Əli qızı, Nağıyeva Xəyalə Ağakərim qızı, Quliyeva Təranə Kamil qızı, Sadiqova Kəmalə Rafiq qızı və Ağaverdiyev Aydın Habil oğlu.

Hazırda Fakültədə bakalavriat səviyyəsinin “Politologiya”, “Beynəlxalq münasibətlər”, “Dövlət və ictimai münasibətlər”, “Hüquqşünaslıq” ixtisasları üzrə 736 tələbə təhsil alır, 9 nəfər Prezident təqaüdçüsüdür. Magistratura səviyyəsinin “Milli təhlükəsizlik strategiyası”, “Siyasi analiz və konsaltinq”, “Beynəlxalq münasibətlər və diplomatiya”, “Dövlət hüququ”, “Beynəlxalq hüquq”, “İctimai siyasət” ixtisaslaşmaları üzrə 73 magistrant, Əlavə ali təhsil (qiyabi şöbə)nin  “Politologiya” və “Beynəlxalq münasibətlər” ixtisasları üzrə 234 tələbə təhsil alır. Magistratura səviyyəsinin “İctimai siyasət” ixtisaslaşması üzrə tədris azərbaycan və ingilis dillərində aparılır.

Fakültənin nəzdində 4 kafedra – “Politologiya və siyasi idarəetmə”, “Beynəlxalq münasibətlər və xarici siyasət”, “Hüquq”, “Fəlsəfə və sosial psixologiya” kafedraları fəaliyyət göstərir. Həmin kafedralarda ümumilikdə 87 nəfər heyət çalışır.

N

Kafedranın adı

Müəllim sayı

o cümlədən

Professor və professor əvəzi

Dosent və dosent əvəzi

Baş müəllim

Müəllim

1

Politologiya və siyasi idarəetmə

 18

3

5

1

9

2

Fəlsəfə və sosial psixologiya

 14

3

6

1

4

3

Beynəlxalq münasibətlər və xarici siyasət

 21

3

12

2

4

4

Hüquq

 34

4

15

2

13

 

Fakültədə 11 nəfər tərkibdən ibarət Fakültə Elmi Şurası fəaliyyət göstərir. Fakültə Elmi Şurasının sədri dosent Murtəza Həsənov, katib “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının kabinet müdiri Aynur Kərimovadır. Elmi Şuranın fəaliyyəti hər tədris ilinin başlanğıcında onun ilk iclasında təsdiq olunmuş iş planı əsasında həyata keçirilir. Elmi Şurada təsdiq olunmuş iş planına əsasən müəllimlərin tədris etdikləri fənlər üzrə təqvim-tematik planları, fərdi iş planları təsdiq olunur, tədris prosesinin gedişi, tələbələrin dərslərə davamiyyəti, müəllimlərin açıq dərslərinin keçirilməsi, tədris-metodiki vəsaitlərin, proqramların və dərsliklərin işlənilib hazırlanması, təsdiq olunması, payız və yaz semestrinin imtahan sessiyalarının mütəşəkkil keçirilmələrinə dair hazırlıq işləri, sessiyaların nəticələri, buraxılış işlərinin mövzularının və elmi rəhbərlərin təsdiqi və digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilir.

Tələbələr DİA-nın və fakültənin ictimai-siyasi həyatında da fəal iştirak edirlər. Fakültədə bakalavrların elmi yaradıcılıq işlərinə xüsusi diqqət yetirilir. Tələbələrin əksəriyyəti DİA-nın Tələbə Elmi Cəmiyyətinin üzvləridir. Fakültə dekanlığı DİA-nın Tələbə Elmi Cəmiyyəti ilə birgə hər tədris ilində elm və təhsil problemləri, respublikamızın dövlətçiliyi, əlamətdar ildönümləri, rəsmi dövlət bayramları və görkəmli şəxsiyyətlərin yubileyləri, aktual problemlərə dair maraqlı elmi konfranslar keçirir.

Fakültə üzrə bakalavr pilləsini bitirən tələbələrin əksəriyyəti DİA-nın, respublikanın və dünyanın nüfuzlu universitetlərinin magistratura pilləsində təhsillərini davam etdirir, bir çoxları isə öz ixtisaslarına uyğun idarə və müəssisələrdə çalışırlar.