loader image

Dia.edu.az

İnzibati İdarəetmə fakültəsi

İnzibati İdarəetmə fakültəsi Dövlət İdarəçilik Akademiyasının yarandığı vaxtdan fəaliyyət göstərir. İnzibati İdarəetmə fakültəsində tələbələr “Dövlət və bələdiyyə idarəetməsi”, “Davamlı inkişafın idarəedilməsi”, “Menecment”, “İqtisadiyyat” və “Kompüter elmləri” ixtisasları üzrə baloniya kredit sistemi ilə təhsil alırlar.

Fakültənin nəzdində 6 kafedra – “Davamlı inkişafın planlaşdırılması və idarəedilməsi”, “Dövlət qulluğu və kadr siyasəti” “İqtisadiyyatın dövlət tənzimlənməsi”, “Dövlət idarəetməsi və menecment”, İntellektual sistemlərin idarəedilməsi”, “Dövlət idarəçiliyində informasiya texnologiyaları” kafedraları fəaliyyət göstərir.

İnzibati idarəetmə fakültəsinin  tərkibində hazırda 2 nəfər Akademik,  15 nəfər elmlər doktoru, 82 nəfər fəlsəfə doktoru, elmlər namizədi,  12 nəfər professor, 3 nəfər professor əvəzi, 61 nəfər dosent,  3 nəfər dosent əvəzi, 15 nəfər baş müəllim və 63 nəfər müəllim fəaliyyət göstərir.

Fakültədə 11 nəfər tərkibdən ibarət Elmi Şura fəaliyyət göstərir. Elmi Şuranın fəaliyyəti hər tədris ilinin başlanğıcında onun ilk iclasında təsdiq olunmuş İş Planı əsasında həyata keçirilir. Elmi Şurada təsdiq olunmuş iş planına əsasən müəllimlərin tədris etdikləri fənlər üzrə təqvim-tematik planları, fərdi iş planları, tədris proqramları, sillabuslar və s. təsdiq olunur, tələbələrin dərslərə davamiyyəti, müəllimlərin açıq dərslərinin keçirilməsi, tədris-metodiki vəsaitlərin, proqramların və dərsliklərin işlənilib hazırlanması, təsdiq olunması, qış və yay imtahan sessiyalarının mütəşəkkil keçirilmələrinə dair hazırlıq işləri, sessiyaların nəticələri, elmi işlərin mövzuları və elmi rəhbərlərin təsdiqi və digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilir.

Fakültə üzrə bakalavr pilləsini bitirən tələbələrin əksəriyyəti DİA-nın, respublikanın və dünyann nüfuzlu universitetlərinin magistratura pilləsində təhsillərini davam etdirir, bir çoxları isə öz ixtisaslarına uyğun idarə və müəsissələrdə çalışırlar.

Fakültənin pedoqoji heyətinə öz sahələri üzrə respublikada tanınmış təcrübəli müəllimlərlə yanaşı, gənc, dinamik, ölkədə və xaricdə müxtəlif səviyyələr üzrə təhsil almış və ya beynəlxalq təcrübə keçmiş kadrlar da daxildir. Fakültə əməkdaşlarının bir qismi respublika əhəmiyyətli layihələrdə iştirak edib və bu fəaliyyətlərini indi də davam etdirirlər. Belə layihələrə fənn olimpiadaları, dərsliklərin hazırlanması və .s daxildir.

Əməkdaşlar:

S.e.f.d, Dos Əliyev Elnur Səfəralı oğlu -dekan

Şükürov Anar Əkrəm oğlu – dekan müavini

Nəbiyeva Nərmin Ehtibar qızı -aparıcı mütəxəssis

Mahmudova Əzizə Mahir qızı – akademik məsləhətçi (Tyutor)

Məcidli Fəridə Bürhan qızı – akademik məsləhətçi (Tyutor)

Allahyarov Səfərəli Vahid oğlu – akademik məsləhətçi (Tyutor)

Həsənxanlı Murad Şirzad oğlu – akademik məsləhətçi (Tyutor)