SİYASİ İDARƏETMƏ FAKÜLTƏSİ
Fakültədə “Politologiya”, “Beynəlxalq münasibətlər” və “Hüquqşünaslıq” ixtisasları üzrə 504 tələbə təhsil alır, bunlardan 149 nəfəri əlaçıdır. Bu əlaçılardan 55 nəfəri Prezident təqaüdçüsüdür. Bütün tələbələr Boloniya porsesi kredit sistemi ilə təhsil alır. Fakültənin nəzdində 4 kafedra – “Politologiya və siyasi idarəetmə”, “Beynəlxalq münasibətlər və xarici siyasət”, “Dövlət quruculuğu və hüquq”, “Fəlsəfə və sosial psixologiya” kafedraları fəaliyyət göstərir. Həmin kafedralarda 60 nəfər heyət çalışır. Bunlardan 6 nəfəri professor, 25 nəfəri isə dosentdir. Fakültədə 11 nəfər tərkibdən ibarət fakültə Elmi Şurası fəaliyyət göstərir. Elmi Şuranın fəaliyyəti hər tədris ilinin başlanğıcında onun ilk iclasında təsdiq olunmuş iş planı əsasında həyata keçirilir. Elmi Şurada təsdiq olunmuş iş planına əsasən müəllimlərin tədris etdikləri fənlər üzrə təqvim-tematik planları, fərdi iş planları təsdiq olunur, tədris prosesinin gedişi, tələbələrin dərslərə davamiyyəti, müəllimlərin açıq dərslərinin keçirilməsi, tədris-metodiki vəsaitlərin, proqramların və dərsliklərin işlənilib hazırlanması, təsdiq olunması, qış və yay imtahan sessiyalarının mütəşəkkil keçirilmələrinə dair hazırlıq işləri, sessiyaların nəticələri, buraxılış işlərinin məvzularının və elmi rəhbərlərin təsdiqi və digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilir. Fakültədə tələbələrin “Şən hazırcavablar” klubu, müxtəlif dərnəklər fəaliyyət göstərir. Əlaçı və fəal tələbələr kütləvi informasiya vasitələrində – qəzetlərdə məqalələrlə çıxış edir, televiziya kanallarında, xüsusilə də AzTv-nin və İctimai televiziyanın təşkil etdikləri müxtəlif proqramlarda mütəmadi və fəal iştirak edirlər. Tələbələr DİA-nın və fakültənin ictimai-siyasi həyatında da fəal iştirak edirlər. Fakültədə bakalavrların elmi yaradıcılıq işlərinə xüsusi diqqət yetirilir. Tələbələrin əksəriyyəti DİA-nın Tələbə Elmi Cəmiyyətinin üzvləridir. Fakültə dekanlığı DİA-nın Tələbə Elmi Cəmiyyəti ilə birgə hər tədris ilində elm və təhsil problemləri, respublikamızın dövlətçiliyi, əlamətdar ildönümləri, rəsmi dövlət bayramları və görkəmli şəxsiyyətlərin yubileyləri, aktual problemlərə dair maraqlı elmi konfranslar keçirir. Fakültə üzrə bakalavr pilləsini bitirən tələbələrin əksəriyyəti DİA-nın, respublikanın və dünyanın nüfuzlu universitetlərinin magistratura pilləsində təhsillərini davam etdirir, bir çoxları isə öz ixtisaslarına uyğun idarə və müəssisələrdə çalışırlar.
Fakültənin əməkdaşları:
|
N
|
Soyadı Adı Atasının adı
|
Vəzifəsi
|
1
|
|
dekan
|
2
|
|
dekan müavini
|
3
|
Pənahova Vüsalə Əli qızı
|
metodist
|
4
|
|
mütəxəssis
|
Telefon-
|
(994 012)492-84-40
|
E-mail-
|
|