TƏDRİS-METODİKİ VƏ ANALİTİKA ŞÖBƏSİ
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əsas struktur bölmələrindən biri tədris-metodiki şöbədir.Tədris-metodiki şöbə tədris prosesinin təşkilinin və tədris-metodiki işin əhəmiyyətinə xüsusi diqqət yetirir, günün tələblərinə uyğun olaraq qarşıda duran vəzifələrə yaradıcı yanaşır, normativ sənədlərə istinad edərək öz işinin təqdirə layiq səviyyədə təzahürünə səy göstərir. Burada aşağıda göstərilən funksiyalar mütəşəkkil həyata keçirilir: -DİA-nın fakültə və kafedralarında tədris-metodiki işlərinin təşkilinə rəhbərlik, -DİA-nın tədris planları və proqramlarının yaradılması və təkmilləşdirilməsi üzrə bütün işləri istiqamətləndirilməsi, -Tədris yükünün bölüşdürülməsi prinsiplərinin əsaslarının təyin edilməsi, Dərs yüklərinin kafedralar üzrə bölgüsünə və yerinə yetirilməsinə nəzarət, -Tədris-metodiki işlərlə və elmlə bağlı bütün məsələlərin həllində iştirak etmə, -Tədrislə bağlı bütün statistik məlumatların hazırlanmasına və aidiyyatı üzrə göndərilməsinə nəzarət -Tələbələrin kurs imtahanlarının keçirilməsinə, yay semestrinin təşkilinə, kreditlərin toplanmasına, akademik borcların ləğvinə rəhbərlik -Tədris prosesinin qedişatına aid digər funksiyaların icrasını təmin etmə Tədris-metodiki şöbə öz işini bu istiqamətdə qurur və mülki təhsil sisteminin DİA üzrə inkişaf etdirilməsi sahəsində öz üzərinə düşən bütün hüquq və vəzifələrin öhdəsindən layiqincə gəlir. Hazırda şöbənin qarşısında duran əsas vəzifə tədris prosesini Boloniya prosesinin tələblərinə uyğun qurmaqdan ibarətdir.
Şöbənin əməkdaşları:
|
N
|
Soyadı Adı Atasının adı
|
Vəzifəsi
|
1
|
Həbibova Ziyafət Ziya qızı
|
müdir,
s.e.d, professor
|
2
|
|
müavini
|
3
|
|
metodist
|
4
|
|
mütəxəssis
|
Telefon-
|
(994 012)492-66-19
|
E-mail-
|
|